SON XƏBƏRLƏR

Urmuda Voleybol müsabiqəsində Milli Şüarlar səsləndirildi-VİDEO

2021.10.20, 07:36
Urmuda Voleybol müsabiqəsində Milli Şüarlar səsləndirildi-VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmu şəhərinin 6000 nəfərlik voleybol stadionunda (stadyom) Urmunun “Şəhrdari” takımı ilə Xorasanın “Mizan” takımı arasında müsabiqə keçirilib.

 

Məlumata görə, tamaşaçılar təhlükəsizlik qüvvələrinin nəzarəti altında olublar. Onlar stadiona daxil olarkən yoxlanılıblar. Tamaşaçılara türk dilində yazılmış heç bir plakat vəya afişanı (puter) daşımağa icazə verilməyib.

 

Stadionda “Urmu Gölü səslənir susuzam Harhay Haray”, “Urmu Gölü can verir – Məclis onun qətlinə fərman verir”, “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Bakı Təbriz Ankara – Biz hara farlar hara?!” Və ... şüarlar səsləndirilib.

 

Xatırladaq ki, sözü gedən müsabiqə (3 – 0) hesabı ilə Urmunun “Şəhrdari” takımının xeyirinə yekunlaşıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar