SON XƏBƏRLƏR

Krım tatarları milli haqlarını tələb edirlər

2021.10.20, 07:36
Krım tatarları milli haqlarını tələb edirlər

Gunaz.tv

GünAz TV: Ukraynaya bağlı Krım Muxtariyyətində yaşayan Krım tatarları haqlarını tələb ediblər.

 

Dünya İnsan Haqları Günü münasibətilə bir araya gələn 5 mindən çıx Krım tatarı paytaxt Akməsciddə nümayiş keçirib.

 

 Krım tatarları 18 may 1944-cü ildə Orta Asiyaya və Sibirə sürgün ediliblər. Ancaq 80-ci illərdə vətənlərinə qayıdan Krım tatarlarının maddi və mənəvi itkilərinə görə təzminat ödənməyib.

 

Torpaq, dil, təhsil, işlə təmin olunma məsələlərində və hüquqi sahədə illərdir həll olunmayan problemləri olan Krım Tatarları Akməsciddəki aksiyada (yürüş) haqlarını tələb ediblər. Nümayişçilər haqlarının geri verilməsi üçün Ukraynanın 20 ildir heç bir qanun qəbul etmədiyini bildiriblər. Dinc aksiyanın təşkilatçıları qeyd ediblər ki, Krım tatarlarının əsas tələbi beynəlxalq müqavilələrdə nəzərdə tutulan haqlarının geri verilməsidir.

SSRİ (Şurəvi) dövründən indiyə qədər müxtəlif provokatorların (fitnəkarlar) Krım tatar xalqını bölməyə çalışdığını bildirən çıxışçılar xalqı birliyə çağırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar