SON XƏBƏRLƏR

Ankara Tehrandan izahat tələb edib

2021.10.20, 07:36
Ankara Tehrandan izahat tələb edib

Gunaz.tv

GünAz TV: Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iranlı həmkarı Əli Əkbər Salehi ilə əlaqə saxlayıb.

 

Türkiyəli nazir İranın milli təhlükəsizlik şurasının rəhbəri Hüseyn İbrahiminin bir müddət əvvəl söylədiyi fikirlərlə bağlı qarşı tərəfdən açıqlama istəyib.

 

Qeyd edək ki, iranlı general da lazım gələrsə Türkiyənin Malatya şəhərində NATO-nun quracağı radar kompleksləri vura biləcəklərini deyib.

 

Bundan başqa, Ə.Davudoğlu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da əlaqə saxlayıb. Telefon söhbətində Minsk Qrupunun fəaliyyəti, həmçinin İran, Türkiyə və Azərbaycanın XİN (xarici işlər nazirliyi) rəhbərlərinin görüşü müzakirə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar