SON XƏBƏRLƏR

İranda məhbusları daşıyan avtomobilə silahlı hücum edilib

2021.10.20, 07:36
İranda məhbusları daşıyan avtomobilə silahlı hücum edilib

Gunaz.tv

GünAz TV: İranın Kərəc şəhərində məhbusları daşıyan avtomobilə silahlı hücum edilib. Hücum zamanı məhbusların mühafizəçilərindən biri ölüb.

Məlumata əsasən, dünən üç nəfər silahlı şəxs Kərəc şəhərinin Məhəmmədşəhr məhəlləsində körpünün altında şəhərin müvəqqəti saxlanma təcridxanasından 10 məhbusu məhkəməyə aparan avtomobilə hücum edib və məhbusları qaçırmağa cəhd göstərib. Bu barədə İranın MEHR agentliyi xəbər verir.

Mühafizəçilər və silahlı şəxslər arasında atışma baş verib. Hadisə zamanı bir mühafizəçi həlak olub, silahlı şəxslər məhbusları qaçıra bilməyərək hadisə yerindən uzaqlaşıblar.

Hazırda həmin silahlı şəxslərin tutulması istiqamətində iş aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar