SON XƏBƏRLƏR

Xalq artisti Qədir Rüstəmov dünyasını dəyişdi

2021.10.20, 07:36
Xalq artisti Qədir Rüstəmov dünyasını dəyişdi

Gunaz.tv

GünAz TV: Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı Qədir Rüstəmov bu gün səhər saatlarında vəfat edib.

Bu barədə məlumat verən sənətkarın oğlu atasının ürəyinin bu gün dayandığını deyib.

 

Hazırda Azərbaycanın İstanbuldakı baş Konsulluğunun nümayəndələri “Acıbadem” Xəstəxanasındadırlar.

Qədir Rüstəmovun cənazəsinin Bakıya gətirilməsi üzrə danışıqlar aparılır.

 

Sənətçinin həkimi Ceyhun Solakoğlunun ANS-ə verdiyi xəbərə görə, müğənni bu gün saat 11:00 radələrində dünyasını dəyişib. Onun ölümünün səbəbi yayılmış herpes virusu ilə bağlı orqan çatışmazlığıdır.

 

Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda (şəhər, məntəqə) anadan olub, burada xanəndə kimi yetişib.

Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məhşurlaşmışdı.

 

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar