SON XƏBƏRLƏR

İran-Azərbaycan arasında qalmaqal yaşanır

2021.10.20, 07:36
İran-Azərbaycan arasında qalmaqal yaşanır

Gunaz.tv

GünAz TV: Əli Həsənovla Tehranda anlaşma imzalayan İran rəsmisi Bakıya buraxılmadı. Rəsmii Bakı olaya izahat vermir, İran XİN (xarici işlər nazirliyi) isə Azərbaycan rəhbərliyindən açıqlama gözləyir.

İranın Radio və Televiziya Təşkilatının Bakı ofisinin (dəftərxana) müdiri Əhməd Kazeminin Azərbaycana gəlişinə icazə verilməyib.

“Qafqazinfo”nun “Presstv.ir” saytına istinadən verdiyi xəbərə görə, Bakının Heydər Əliyev adına Beynəlxalq Hava Limanından (frudqah) Bakıya daxil olmasına icazə verilməyən İran rəsmisi elə həmin gün də Tehrana qayıtmaq məcburiyyətində qalıb. Sayt qeyd edib ki, Azərbaycan rəsmilərinin İranın Radio və Televiziya Təşkilatının Bakı ofisinin müdirinin Bakıya daxil olmasına icazə verilməməsi Əli Həsənovun Tehrana olan son səfəri zamanı əldə olunan media əməkdaşlığı anlaşmasının kobud şəkildə pozulması deməkdir. Qeyd edək ki, həmin razılaşmaya əsasən isə iki ölkə arasında müştərək media komitəsinin yaradılması haqda razılıq əldə olunmuşdu ki, bununla da Əhməd Kazemi İranın bu komitədəki nümayəndəsi təyin edilmişdi.

Xəbərdə Azərbaycan hökumətinin bu qeyri-qanuni hərəkətlə bağlı heç bir açıqlama vermədiyini qeyd edilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəsət İran mediasına açıqlamasında bildirib ki, hadisəyə təəccüb edirlər və rəsmi Bakıdan açıqlama gözləyirlər. İran rəsmisi bildirib ki, Əli Həsənovun səfərindən sonra Əhməd Kazemiyə qarşı bu cür münasibətə təəccüb edirlər. Bizim Azərbaycanla əlaqələrimiz yüksək səviyyədə olmalıdır. İki qonşu ölkə olaraq müştərək tarixə və əqidəyə söykənirik. Mətbuat sahəsində əlaqələrimizi məhdudlaşdırmaq əvəziyə yeni imkanlar axtarmalıyıq»-deyə Mehmanpərəst vurğalyıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar