SON XƏBƏRLƏR

Amerika İranlı hərbçilərə qarşı yeni sanksiya (təhrim) tətbiq edib

2021.10.20, 07:36
Amerika İranlı hərbçilərə qarşı yeni sanksiya (təhrim) tətbiq edib

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) rəhbərliyi insan haqlarının pozulmasında ittiham edilən iki iranlı hərbçiyə qarşı sanksiyalar (təhrim) tətbiq ediblər.

Bu barədə Amerikanın Maliyyə Nazirliyinin məlumatında deyilir.

Sənəddə qeyd olunur ki, İran Silahlı Qüvvələri Baş qərargah rəisi Həsən Firuzabadi, həmçinin “İslam İnqilabı Keşikçiləri” Korpusunun (İİKK) quru qoşunları komandanının (fərmandeh) müavini general Abdulla Ərağiyə qarşı sanksiyalar “bu şəxslərin İranad insan haqlarının ciddi şəkildə pozulmasında iştirakına görə” tətbiq edilir.

 

Qeyd edək ki, Maliyyə Nazirliyinin nümayəndələri sənədin qəbulu zamanı ilk növbədə 2009-cu ilin hadisələrini nəzərdə tutublar. Belə ki, o zaman prezident seçkilərindən sonra Tehranda hökumət əleyhinə nümayişlər sərt şəkildə yatırılıb və bir neçə nəfər həlak olub. 

 

 Bu qərara müvafiq olaraq, hərbi rəislərin ABŞ-da malik ola biləcəkləri bütün aktivlər dondurulub, amerikalılara isə onlarla işgüzar münasibətlərə girmək qadağan edilib. Eyni zamanda, Dövlət Departamenti Həsən Firuzabadi və Abdulla Ərağiyə Birləşmiş Ştatlara gəlməyə qadağa qoyub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar