SON XƏBƏRLƏR

Pan Gi Mun Suriyaya göndəriləcək müşahidəçilərdən danışıb

2021.10.20, 07:36
Pan Gi Mun Suriyaya göndəriləcək müşahidəçilərdən danışıb

Gunaz.tv

GünAz TV: BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) baş katibi Pan Gi Mun Suriyadakı atəşkəsə nəzarət etmək üçün müşahidəçilərin hamısının iyun (June) ayına kimi ölkədə yerləşdiriləcəyini deyib.

Müşahidəçilərin tam komandası (timi) 300 silahsız hərbi müşahidəçidən və 100 mülki şəxsdən ibarət olacaq. Bu barədə ANN.Az “Press TV”-yə istinadən xəbər yayıb.

Baş Katib bu haqda dünən Vaşinqtonda danışıb. Pan Gi Mun həmçinin beynəlxalq ictimaiyyəti Suriyada 14 aydır davam edən qanlı qarşıdurmanın sona çatması üçün daha çox səy göstərməyə çağırıb. Hal-hazırda Suriyada bir sıra BMT müşahidəçiləri ölkədə aprelin 12-dən elan edilən atəşkəsə nəzarət edir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar