SON XƏBƏRLƏR

Cəmil Çiçək: Xocalı qətliamında Serj Sarkisyan da iştirak edib

2021.10.20, 07:36
Cəmil Çiçək: Xocalı qətliamında Serj Sarkisyan da iştirak edib

Gunaz.tv

GünAz TV: Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Ermənistan prezidenti Serj Sarkisyanın Xocalı qətliamında iştirak etdiyini bildirib.

O, bu sözləri mərhum prezident Heydər Əliyevin vəfatının 8-ci il dönümü ilə bağlı Ankarada keçirilən anım mərasimində deyib.

“Ermənistan “Soyqırım” iddiası ilə daim Türkiyəni günahlandırır. Amma tarixin ən böyük qətliamlarından biri dünyanın gözü önündə 1992-ci ildə Xocalıda həyata keçirilib. Qətliamda Ermənistanın indiki prezidenti Serj Sarkisyan da iştirak edib. ”-deyən Cəmil Çiçək vurğulayıb ki, bu gün Azərbaycanın ən böyük problemi torpaqlarının 5 də 1-nin ermənilərin işğalı altında olmasıdır. “Ermənistanın işğal altındakı torpaqların təbii sərvətləri istismar etməsi isə başqa bir  cinayətdir. Dağlıq Qarabağda Azərbaycan haqqlarının qorunması , bizim xarici siyasətimizin prioritetidir (əncəliyidir). Dağlıq Qarabağda baş verənlər Cənubi Qafqazda sülhü və sabitliyi təhdid edən ən böyük problemdir. Bununla əlaqədar bütün dövlətləri və beynəlxalq qurumları ermənilərin haqsız işğalını dayandırmağa çağırırıq. Türkiyə - Ermənistan münasibətlərinin normal hala gətirilməsinin ən əsas şərti Azərbaycana aid torpaqlarda işğalın bitirilməsidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar