SON XƏBƏRLƏR

İran Amerikanın pilotsuz (xələbansız) təyyarəsini necə ələ keçirib?

2021.10.20, 07:36
İran Amerikanın pilotsuz (xələbansız) təyyarəsini necə ələ keçirib?

Gunaz.tv

GünAz TV: İran ABŞ-ın (Amerika Birləşmiş Ştatları) “RQ-170” tipli pilotsuz (xələbansız) təyyarəsini necə ələ keçirdiyi məlum olub.

 

İran pilotsuz təyyarəni Rusiyanın noyabr (November) ayında ona satdığı “1L222 Avtobaza” elektron savaş stansiyası (istqahı) vasitəsi ilə nəzarət altına alıb və yerə endirib. Bu barədə Lent.az Rusiyanın “Vzqlyad” qəzetinə istinadən xəbər yayıb.

 

 Bu mobil savaş stansiyası yaydığı siqnallar sayəsində düşmənin uzaqdan idarə olunan pilotsuz casus təyyarələrinin qarışıq şifrəsini çözür, aparata komandanı (fərmandeh) ələ keçirə bilir.

 

Xatırladaq ki, ABŞ pilotsuz təyyarəsinin texnoloji bir problem səbəbindən İranda yerə düşdüyünü, kənardan hər hansı müdaxilə olmadığını açıqlayıb.

 

Lakin bəzi amerikalı ekspertlər (karşünas) də Rusiyanın oktyabr (October) ayında İrana müasir elektron kəşfiyyat qurğuları satmağa qərar verməsi ilə Tehranın pilotsuz təyyarələri zərərsizləşdirmək potensialının artdığını vurğulayırlar. Rusiya o dönəmdə İrana sayını açıqlamasa da, “1L222 Avtobaza” mobil elektron savaş stansiyası satacağını bəyan etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar