SON XƏBƏRLƏR

Suriyada toqquşmalarda ölənlərin sayı 5000 nəfəri ötüb

2021.10.20, 07:36
Suriyada toqquşmalarda ölənlərin sayı 5000 nəfəri ötüb

Gunaz.tv

GünAz TV: BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) İnsan hüquqları üzrə ali komissarı Navanetxem Pilley növbəti dəfə Suriyada həlak olanların sayını artıraraq, bu rəqəmin 300 uşaq da daxil olmaqla, 5 min nəfəri ötdüyünün ehtimal olunduğunu bildirib.

 

Bu barədə o, bazar ertəsi (doşənbə) BMT Təhlükəsizlik Şurasının qapalı iclasında bəyan edib.

 

O, bu məlumatların Suriya silahlı qüvvələrindən fərarilik edənlər də daxil olmaqla, “233 şahidin ifadələrinə əsaslandığını” - deyib.

 

BMT TŞ-nin iclasından sonra jurnalistlər qarşısında çıxış edən Pilley bildirib ki, Şura üzvlərinə Suriyadakı vəziyyət haqqında məsələni Beynəlxalq Cinayət Məhkəməsinin müzakirəsinə çıxarmağı tövsiyə etdiyini bildirərək, qətllər, həbslər və işgəncələrin “geniş yayılmış və sistemli xarakterinin ” insanlıq əleyhinə cinayət olduğunu vurğulayıb. Gün.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar