SON XƏBƏRLƏR

İran Türkiyəni yenidən hədələyib

2021.10.20, 07:36
İran Türkiyəni yenidən hədələyib

Gunaz.tv

GünAz TV: İran ətrafında gərginlik artdıqca bu ölkə rəsmilərinin sadəcə onu vuracağını iddia edən dövlətlər yox, əksər qonşularına qarşı da sərt bəyanatlar səsləndirməsi adi hala çevrilməyə başlayıb.

İslam İnqilabını Mühafizə Korpusunun (SEPAH) rəsmilərinin “Türkiyədəki NATO radarlarını vurarıq” bəyanatından sonra bu dəfə də İran Parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komissiyasının sədri Hüseyn İbrahimi sözügedən iddianı təkrarlamışdır.

 

Hüseyn İbrahimi iddia edib ki, özünə qarşı təhlükə yarandığı anda Türkiyədəki NATO radarlarını vurmaq İranın təbii hüququdur. İbrahimi əlavə edib ki, İran ordusunun artıq bu barədə konkret (müşəxxəs) planları və hazırlıqları da mövcuddur. İslam İnqilabını Mühafizə Korpusunun rəsmiləri kimi İbrahimi də bu hazırlıqlarını Türkiyədəki radarların “əslində İsrailə xidmət etməsi” iddiası ilə əlaqələndirib.

 

Göründüyü kimi İran bir yandan özü rejimin ixracı, terrora dəstək və nüvə silahı əldə etmək planlarıyla xarici siyasətində gərginlik yaşayır, digər yandan bu siyasətinin öz xalqına nəticələrini aradan qaldırmaq əvəzinə hətta onunla xoş münasibət saxlamağa çalışan qonşuları ilə də aqressiv (saldırqan, mühacim) davranır. Türkiyə bu mənada ilk deyil. Amma maraqlıdır ki, İran tərəfindən verilən sərt bəyanatlara və göstərilən xoş olmayan münasibətlərə Türkiyə tərəfi təmkinlə yanaşdıqca bu cür addımlar daha da artır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar