SON XƏBƏRLƏR

5 nəfər milli-mədəni fəal məhkəməyə çağırılıb

2021.10.20, 07:36
5 nəfər milli-mədəni fəal məhkəməyə çağırılıb

Gunaz.tv

GünAz TV: Tağı Moləvi və Behzad Xudayari daha 3 nəfər milli-mədəni fəalla birlikdə məhkəməyə çağırılıblar.

 

Azərbaycanlı fəallar və “Traxtur” futbol takımı tərəfdarları bu gün Təbrizin inqilab məhkəməsində irəli sürülən ittihamlarla bağlı özlərini müdafiə etməlidirlər.

 

Qeyd edək ki, azərbaycanlı fəallar 2 il öncə “Traxtur”la “Mis” müsabiqəsi zamanı “`Marağanın ürəyinin səsi Traxtur`və `Yaşasın Azərbaycan`” məzmunlu plakat nümayiş etdirdiklərinə görə tutulub və Təbriz ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) təcridxanasına intiqal edilmişdilər.

 

GünAz TV mətbuat mərkəzinin “Təbriz səsi”-nə istinadən yaydığı məlumata görə, Tağı Moləvi və Behzad Xudayari 15 gün işgəncələr altında saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdılar.

 

Azərbaycanlı fəallar ümumi asayişi pozmaq, sistemin əleyhinə təbliğ və Rəhbəri təhqir etməkdə günahlanırılıblar. Onlar, artıq birinci iki ittihamdan bəraət qazanıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar