SON XƏBƏRLƏR

“21 AZƏR” hərəkatının ildönümü münasibəti ilə Türkiyədə Etiraz Göstərisi olub

2021.10.20, 07:36
“21 AZƏR” hərəkatının ildönümü münasibəti ilə Türkiyədə Etiraz Göstərisi olub

Gunaz.tv

GünAz TV: Bir qrup Milli Hərəkat fəalları Türkiyənin Nevşihir şəhərində “21 Azər” hərəkatının növbəti ildönümündə etiraz göstərisi keçirib.

 

Etiraz Göstərisinin iştirakçıları 1946-cı (1325-cı) ildə baş verən faciəni şiddətlə pisləyib və hadisə nəticəsində şəhid olmuş soydaşlarımızın şəkillərini nümayiş etdiriblər. Onlar, xarici güclərin yardımı ilə Milli Hökuməti yıxıb və Azərbaycanı işğal edən fars şovinizmini şiddətlə qınayıblar.

 

Nümayiş iştirakçıları Urmu Gölündən də plakatlar nümayiş etdirib və İran rejiminin antitürk siyasəti nəticəsində Azərbaycanın gəlini kimi tanınan Urmu Gölünün qurumasını bir daha dünya ictimaiyyətinə xatırladıblar.

 

Milli fəallar, hazırda İran zindanlarında məhbus həyatı yaşayan azərbaycanlı fəalların şəkillərini də əllərində daşıyıb və onların dərhal azad edilməsini tələb ediblər.

 

Sonda Siyamək Babanəjad tərəfindən qətnamə oxunub və bununlada Göstəri sona çatıb. Göstəridə müstəqil fəallar, GAMOH və GAİP partiyalarına mənsub milli-mədəni fəallar iştirak ediblər. Nümayişi yerli Türkiyə mətbuatı izləyib.

 

Xatırladaq ki, II dünya müharibəsi ərəfəsində Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Demokrat Firqəsi xalqı səfərbər edərək “21 Azər” milli hərəkatına start verib və hərəkat 1945-ci il, dekabrın (December) 12-də qələbə ilə başa çatıb. Həmin tarixdə Azərbaycan Milli Hökuməti yaranıb və bir il ərzində dərin islahatlar həyata keçirib. Ancaq hakimiyyət bir il sonra xarici güclərə dayanan şah rejiminin hərbi hücumu nəticəsində yıxılır və bu hadisədə çoxsaylı azərbaycanlı acınacaqlı şəkildə qətlam edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar