SON XƏBƏRLƏR

Əbülfəz Səfioğlu: ”Azərbaycanın birliyi və bütövlüyü xalqımızın tarixi haqqıdır”- Müsahibə

2021.10.20, 07:36
Əbülfəz Səfioğlu: ”Azərbaycanın birliyi və bütövlüyü xalqımızın tarixi haqqıdır”- Müsahibə

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi,  Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının sədri Əbülfəz Səfioğludur.

 

- Əbülfəz bəy, ilk öncə Sizi Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilarının sədri seçilməyiniz münasibəti ilə təbrik edirik. Qarşıda hansı layihələri həyata keçirməyi planlaşdırırsınız?

 

- Təşəkkür edirəm. Ümumilikdə, son zamanlar daha gündəmdə olan Güney məsələsi ilə bağlı layihələr nəzərdə tutmuşuq. Bildiyiniz kimi son vaxtlar Amerika və qərbin İrana qarşı münasibətlərində bir hərəkətlilik nəzərə çarpmaqdadır. İrana qarşı daha sərt sanksiyalar (Təhrim) və s. amillər İrana qarşı yeni planlardan xəbər verir. Belə vəziyyətlərdə İran hökümətinin, bizim oradakı islahalat istəyən soydaşlarımıza qarşı daha çox aqressiya (təhacüm) nümayiş etdirməsidir gerçəklikdir.

Bax bu vəziyyətlərin fonunda (zəminində) biz ordakı soydaşlarımıza necə kömək edə bilərik? Burada gənclərin bu işlərə qoşulmasını necə təmin edə bilərik və s. kimi işlər üzərində işləyirik. Daha əsas olaraq isə bu günlərdə 21 Azər hərəkatının ildönümünü təntənəli şəkildə qeyd etməyi nəzərdə tutmuşuq. Çünki, bu bizim şanlı tariximizdir və XX əsr Azərbaycan xalqının azadlıq hərəkatının tarixində dərin iz qoydu. Təəssüf ki, S.C.Pişəvərənin rəhbərlik etdiyi bu hərəkat, baxmayaraq ki, ikinci dünya savaşının nəticəsindən asılı olan geopolitik vəziyyətdə uduzdu, ancaq Milli Hökümət qurmaq qədər çox möhtəşəm bir qələbəyə imza atmışdı. Çalışacayıq ki, bu tədbirə daha çox ziyalılarımız, tarixçilərimizi cəlb edək.

 

- Son günlər İranın dini dairələri ölkəmizə qarşı anti-azərbaycan təbliğatını gücləndiriblər. Sizcə, İran Azərbaycandan nə istəyir?

 

- Bilirsiniz, tarixən İran Azərbaycana qarşı iddialı olub. Və müəyyən zamanlarda da buna qismən də olsa nail olub. Ancaq, daha geniş tarixi və milli mənada uyğun tarixi şəraitlərdə İran bizdən çox  şey alıb. Elə təkcə baş tacımız olan Təbriz daxil olmaqla, Güney Azərbaycanı itirilməsini desək bəsdir. Məncə, bu hər şeyi göstərir.

Qaldı ki, hazırkı şəraitdə, müstəqil və artıq dünyada güclü mövqelərə malik Azərbaycan Respublikasının (cümhuriyyəti) varlığı, İranın mollakratiya rejimi təbii təhdid edir, İran anlayır ki, bu milləti (hələ nəzərə alsaq ki, bu qürurlu, haqqını istəməyə bacaran, inqilablar edən bir millətdir) zorla bir-birindən ayırmaq mümkün olmayacaq. Anlayır ki, burada xalqın ana dilində danışması,oxuması,yazması, öz bayrağı ilə qürur duyması və s. kimi amillər oradakı azərbaycan türkləri üçün həmişə ruh qaynağı, stimul (əngizə) mənbəyidir. Xalq azadlığı, milliliyi görür, bunun çox vazkeçilməz olduğunu hiss edir və nəticədə bunu alır. İnşəallah bu belə də olacaq. Birlik və bütövlük bizim haqqımızdır.

 

-Ölkəmizdə gənclər təşkilatının Güney məsələsində baxışı Sizi qane edirmi?

 

_ Ümumilikdə, bizim təşkilatı daxil etməklə, ölkədəki gənclər təşkilatlatlarının birgə fəaliyyətini gücləndirmək lazımdır və bu istiqamətdə daha çox işlər görülməlidir. Güney məsələsində gənclərə xüsusi ağırlıq vermək əsas fəaliyyət xəttimiz olmalıdır.

 

- Dünya Azərbaycanlıları Konqresinin (DAK) birləşməsi ilə bağlı məsələnin gündəmdə olduğundan xəbərdarsınız. DAK-ların birləşməsi diaspor quruculuğuna nə verəcək?

 

-Məncə, bütün hallarda birləşmə güc deməkdir. Nəzərə alsaq ki, məqsəd eynidir. Ancaq, hər kəs çox səməmi şəkildə qarşıya qoyulan məqsədə çatmaq üçün çalışmalıdır. Bilirsiniz, dünyada belə çox təşkilatlar var. Məsələn,yəhudilərin, elə ermənilərin də.  Onlar hamısı ayrı olsalar da ortaya qoyulan vahid ideya uğrunda çox səmimi çalışırlar. Və beləcə, çox da uğur qazanırlar. Məncə, bizim birləşməyimiz bizim diaspor quruculuğuna güc verəəcək.

 

Söhbətləşdi: Elnur Eltürk

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar