SON XƏBƏRLƏR

Bakıda “21 AZƏR” hərəkatı anılıb

2021.10.20, 07:36
Bakıda “21 AZƏR” hərəkatı anılıb

Gunaz.tv

GünAz TV: Bakıda Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulmuş Azərbaycan Milli Hökumətinin 66-cı ildönümü ilə bağlı tədbir keçirilib.

 

İki gün öncə keçirilən Tədbir Azərbaycanda siyasi mühacir həyatı yaşayan, Güney Azərbaycandan olan siyasi mühacirlər tərəfindən təşkil olunub.

 

Tarixçi Əkrəm Rəhimli bildirib ki, II dünya müharibəsi ərəfəsində İran dövləti müttəfiqlər tərəfindən işğal ediləndən sonra bu ölkədə, xüsusilə də Azərbaycanda xalqın öz müqəddəratını həll etməsi üçün əlverişli şərait yaranıb. Bu dövrdə Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Demokrat Firqəsi xalqı səfərbər edərək “21 Azər” milli hərəkatına start verib və hərəkat 1945-ci il, dekabrın (December) 12-də qələbə ilə başa çatıb. Həmin tarixdə Azərbaycan Milli Hökuməti yaranıb və bir il ərzində dərin islahatlar həyata keçirib.

 

Tədbirdə çıxış edən tarixçilər Pişəvərinin həyat və fəaliyyətindən danışaraq onun rəhbərliyi ilə yaradılmış Azərbaycan Milli Hökumətinin keçmiş olduğu tarixi yola nəzər salıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar