SON XƏBƏRLƏR

Əli Xamneyiyə qarşı hazırlanan sui-qəsdin üstü açılıb

2021.10.20, 07:36
Əli Xamneyiyə qarşı hazırlanan sui-qəsdin üstü açılıb

Gunaz.tv

GünAz TV: İranın ali dini lideriylə bərabər neft naziri də öldürülməliymiş.

 

İranın ali dini lideri ayətullah Əli Xamneyiyə qarşı sui-qəsdin üstü açılıb. Bu barədə Pakistanın “Geo TV” və “Aab TV” telekanalları məlumat yayıb.

 

Ayətullah Xamneyi ilə birlikdə İranın neft naziri general-mayor (sərləşkər) Rüstam Kazemi də öldürülməli imiş. Sui-qəsdin arxasında kimin durduğu barədə məlumat verilmir.

 

Əli Xamneyi sui-qəsdin üstü açılandan sonra İranın ən güclü liderlərindən biri olan sabiq prezident Əkbər Haşimi Rəfsəncani ilə görüşüb. Lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar