SON XƏBƏRLƏR

Bu gün mərhum prezident Heydər Əliyevin vəfatından 8 il keçir

2021.10.20, 07:36
Bu gün mərhum prezident Heydər Əliyevin vəfatından 8 il keçir

Gunaz.tv

GünAz TV: Bu gün dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatından 8 il keçir. Azərbaycan prezidenti İlham Əliyev Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

 

Dövlət başçısını dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ictimai-siyasi xadimlər, Bakıdakı diplomatik korpusun təmsilçiləri müşayiət ediblər.

 

Azərbaycan Cümhuriyyətinin müxtəlif bölgələrində Heydər Əliyevin anım mərasimləri təşkil olunub.

 

Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub.

 

1993-cü il oktyabrın 3-də keçirilən seçkilər nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın (October) 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan prezidenti postuna seçilib.

 

Uzun müddət ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın (December) 12-də vəfat edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar