SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Əlirza Hüseynzadə aclıq aksiyasına (etisab-i ğəza) başlayıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Əlirza Hüseynzadə aclıq aksiyasına (etisab-i ğəza) başlayıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal, milli rəqslər üzrə fəaliyyət göstərən soydaşımız Əlirza Hüseynzadə aclıq aksiyasına (etisab-i ğəza) başlayıb.

 

Hüseynzadə dünən (11 dekabr , 20 azər) səhər zindan məsulları və məhkəmə yetkililərinə məktub yazaraq aclıq aksiyasına başladığını bildirib.

 

Azərbaycanlı fəal 80 günə yaxındır Təbrizin mərkəzi zindanının 8-ci bölümündə saxlanılır. Bu müddətdə onun saxlanılması və ittihamı barədə heç bir açıqlama olmayıb.

 

Qeyd edək ki, adını çəkdiyimiz soydaşımız milli ənənələrə uyğun etdiyi toy mərasimində, çağırmış qonaqlarla birlikdə ciddi təzyirlərə məruz qalıb. O, elə öz toyunda tutuqlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar