SON XƏBƏRLƏR

“Əlqədir” stadionunda Urmu Gölü şüarlarının səsləndirilməsi gözlənilir

2021.10.20, 07:36
“Əlqədir” stadionunda Urmu Gölü şüarlarının səsləndirilməsi gözlənilir

Gunaz.tv

GünAz TV: Azərbaycanlılar Urmu Gölünün qurudulması siyasətinə qarşı nə qədər çalışsalarda hələlik heç bir nəticə əldə edilməyib.

 

Bu zəmində Azərbaycanın müxtəlif şəhərlərində kütləvi etiraz yürüşləri həyata keçirildi. Artıq etiraz yürüşlərindən 3 aydan çox keçir, Verilən vədlər isə həyata keçirilmədi.

 

Güney Azərbaycan milli saytları Urmu əhalisinə müraciət edərək yeni Çağırışda bulunublar. Belə ki, dekabrın 14-ü (azərin 23-ü) Urmu şəhərinin 6000 nəfərlik “Əlqədir” stadionunda (stadyom) yerli vaxtla saat 17:00-da Urmu ilə Xorasanın voleybol müsabiqəsi zamanı bir daha etiraz şüarları səsləndiriləcək.

 

Şüarlar:

“Urmu Gölü can verir – Məclis onun qətlinə fərman verir

Gəlin gedək ağlayaq – Urmu Gölün dolduraq

Sular səddər dalında – Millətimiz zindanda”

 

http://www.facebook.com/urmu.golu.qurumasin

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar