SON XƏBƏRLƏR

Pan Gi Mun Bəşər Əsədi 4 mindən çox adamın qətlində günahlandırdı

2021.10.20, 07:36
Pan Gi Mun Bəşər Əsədi 4 mindən çox adamın qətlində günahlandırdı

Gunaz.tv

GünAz TV: BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) baş katibi Pan Gi Mun Suriya prezidenti Bəşər Əsədin son televiziya müsahibəsinə sərt reaksiya (əksüləməl) verib.

Bəşər Əsəd həmin müsahibədə BMT-nin Suriyadakı qarşıdurmalarda 4 mindən çox adamın öldürülməsi ilə bağlı məlumatlarının etibarlılığını şübhə altına almışdı.

BMT-nin mənzil-qərargahı baş katib Pan Gi Munun Keniyada səsləndirdiyi bəyanatlarla bağlı məlumat yayıb. Pan Gi Mun bildirib ki, BMT-nin Suriyada, o cümlədən, dünyanın başqa nöqtələrində baş verənlərlə bağlı mövqeyi qərəzsiz, ədalətli, tərəfsiz və etibarlı əsaslarla, o cümlədən, BMT Nizamnaməsinə uyğun müəyyən edilir.

Pan Gi Mun Suriya prezidentinin ölkədə tökülən qanlara görə məsuliyyət daşımaması ilə bağlı bəyanatına da münasibət bildirib: “Mən inana bilmirəm ki, o, 4 mindən artıq adamı öldürməyib. Etibarlı məlumatlar onu göstərir ki, 4 mindən çox adam hökumət qoşunları tərəfindən öldürülüb”. Radio antenn

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar