SON XƏBƏRLƏR

Suriyada yeni toqquşmalarda 15 nəfər öldürülüb

2021.10.20, 07:36
Suriyada yeni toqquşmalarda 15 nəfər öldürülüb

Gunaz.tv

GünAz TV: Dünən axşam saatlarında Suriyada nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında növbəti toqquşma olub.

 

"Amerikanın Səsi" radiosunun məlumarına əsasən, toqquşmalarda ən azı 15 nəfər həlak olub. Onlardan 4-ü uşaqdır.

 

"Syrian Observatory for Human Rights" hüquq müdafiə təşkilatının bildirdiyinə görə, 10, 12 və 14 yaşında 3 oğlan uşağı Homs şəhəri ətrafında güllələnib. Ölkənin cənubunda isə 12 yaşlı qız toqquşmaların qurbanı olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar