SON XƏBƏRLƏR

Livan (Lübnan) Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxıb

2021.10.20, 07:36
Livan (Lübnan) Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxıb

Gunaz.tv

GünAz TV: Prezident Mişe Süleyman bildirib ki, «Həmişə beynəlxalq təşkilatlarda Ermənistanı pisləyən bəyanatların qəbuluna qarşı çıxmışıq».

 

Qarabağ münaqişəsi beynəlxalq hüquq, daha dəqiq isə xalqların öz müqəddəratlarını həll etmək hüququ çərçivəsində həll olunmalıdır. Bu barədə Ermənistan prezidenti Serj Sarkisyanla birgə mətbuat konfransında Livan (Lübnan) prezidenti Mişel Süleyman bildirib. “Azərbaycan müntəzəm olaraq bu problemi İslam Konfransı Təşkilatında müzakirəyə çıxarmağa çalışır, amma Livan həmişə bu və digər təşkilatlarda Ermənistanı pisləyən bəyanatların qəbuluna qarşı çıxıb və bu məsələdə Livanın mövqeyi dəyişməzdir”, deyə Süleyman qeyd edib.

 

O, həmçinin bildirib ki, ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk qrupu, habelə böyük dövlətlər Qarabağ münaqişəsinin müstəsna olaraq sülh yolu ilə həlli üçün əllərindən gələni etməlidirlər.

 

Süleyman dekabrın (December) 8-də Ermənistana ikigünlük rəsmi səfərə gəlib. (Turan)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar