SON XƏBƏRLƏR

Bu gün Rusiyada güclü etiraz nümayişləri gözlənilir

2021.10.20, 07:36
Bu gün Rusiyada güclü etiraz nümayişləri gözlənilir

Gunaz.tv

GünAz TV: Moskvada nümayiş gözlənilən Bolotnaya meydanına yüzlərlə polis yeridilib. Yerli vaxtla saat 14-də meydanda Duma seçkilərinin nəticəsinə etiraz olaraq müxalifətin mitinqi gözlənilir.

Həmçinin Qızıl, Manejnaya və Triumfal meydanlarına polis dolu yük maşınları, avtobuslar yeridilib.

Ümumiyyətlə şənbə günü ədalətli seçki tələbilə ölkənin onlarla şəhərlərində etiraz aksiyaları (yürüş) keçirilir.

Ulyanovskda mitinqə bir neçə saat qalmış polis onun təşkilatçısını saxlayıb.

Xabarovskda isə şəhərin mərkəzində azı 20 gəncin saxlandığı xəbər verilir.

Vladivostok və Blaqoveşenskdə isə mitinqlər insidentsiz (hadisə) ötüşüb.

Həmçinin bu gün xaricdə Rusiyadakı nümayişçilərə dəstək olaraq müxtəlif aksiyalar nəzərdə tutulub. Azadlıq radiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar