SON XƏBƏRLƏR

Professor Məhəmmədəli Fərzanənin həyat yoldaşı dünyasını dəyişib

2021.10.20, 07:36
Professor Məhəmmədəli Fərzanənin həyat yoldaşı dünyasını dəyişib

Gunaz.tv

GünAz TV: Mərhum professor Məhəmmədəli Fərzanənin həyat yoldaşı xanım Əxtər Bedustani Tehranın Kəsra xəstəxanasında dünyasını dəyişib.

 

Mərhum xanım Bedustani 2 gün öncə boyun nahiyyəsindən cərrahi əməl olduqdan sonra vəfat edib. O, dünən cümə günü Beheşt-i Zəhra qəbiristanlığında dəfn edilib. Mərhumun dəfn mərasiminə bir çox milli-mədəni fəal o cümlədən ustad Əkbər Azad, Mühəndis Əlirza Sərrafi, Yusif Fərzanə və s. qatılıblar.

 

Mərhumun yas məclisi bazar günü (dekabrın 11-i , azərin 20-i) Tehranda Əmirabad benzinliyinin (pomp benzin) qarşısındakı məsciddə yarli vaxtla saat 13:00-dan 15:00-dək keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycanın unudulmaz alimi, böyük mütəfəkkir professor Məhəmmədəli Fərzanə 2006-cı il yanvarın 17-i (1384-cü il deyin 27-i) İsveçdə vəfat edib. O, öz vəsiyyətinin əsasında Təbrizdə dəfn edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar