SON XƏBƏRLƏR

İzmirdə güneyli rejissor Vahid Azərnəvidin hazırladığı film göstəriləcək

2021.10.20, 07:36
İzmirdə güneyli rejissor Vahid Azərnəvidin hazırladığı film göstəriləcək

Gunaz.tv

GünAz TV: Dekabrın 13-də (azərin 22-də) qardaş ölkə Türkiyənin İzmir şəhərində  güneyli rejissor Vahid Azərnəvidin hazırladığı film nümayiş etdiriləcək.

 

Hazırda Türkiyədə siyasi mühacir həyatı yaşayan güneyli rejissorun (yapımcı, yönətmən) çəkdiyi film “Dörd bir yanım Sibirdir” adlanır.

 

Film festivalında finala yüksələn bir saatlıq filmin nümayişi “İzmir sanat” kültür ocağında yerli vaxtla saat 17:55-də baş tutacaq.

 

Filmin ardından isə İzmir şəhərində Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Azərbaycan milli hökumətinin yaranmasının 66-cı və süquta uğradılmasının 65-ci ildönümləri ilə əlaqədar konfrans keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar