SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Armin Təməri məhkəməyə çağırılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Armin Təməri məhkəməyə çağırılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Armin Təməri Salmas şəhərinin inqilab məhkəməsinə çağırılıb.

 

O, dekabrın 11-də (azərin 20-də) mühakimə olunacaq.

 

Hakimin keçmiş məhkəmə iclaslarında bildirdiyinə görə bu dəfə azərbaycanlı fəal ittihamlarla bağlı son müdafiəsini etməlidir.

 

Qeyd edək ki, Armin Təməri bu ilin sentyabr (şəhrivər) ayında Urmu Gölü ilə bağlı keçirilən kütləvi etiraz yürüşləri zamanı Salmas şəhərində tutuqlanıb, bir neçə gün saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar