SON XƏBƏRLƏR

İsveçdə DAKla bağlı önəmli konfrans...

2021.10.20, 07:36
İsveçdə DAKla bağlı önəmli konfrans...

Gunaz.tv

GünAz TV: İsveçin Stockholm şəhərində önəmli konfrans öz işinə başlamaq üzrədir. ”21 Azər ərəfsində Milli Birliyə doğru”  konfransı 9-10-11 dekabr (December) tarixlərində keçiriləcək.

 

Bu zəmində yeni yaranmış “Birlik Komitəsi” Dünya azərbaycanlılarına müraciət ünvanlayıb. Keçmiş xəbərlərimizdə çatdırdığımız kimi sözü gedən Müraciəti təkrar olduğu kimi təqdim edirik:

 

“Dəyərli Dünya Azərbaycanlıları!                                                

1997-ci ildə təməli cox dəyərli və milli şəxsiyyətlərimiz tərəfindən atılan və üç əsas strategiyanı hədəf götürmüş olan, Dünya Azərbaycanlıları Konqresi (DAK) 15 yaşına girməkdədir.  Keçirmiş olduğu bu 14 ildə DAK, heç şübhəsiz öz tarixi missiyasını ekonomik vəziyyətinə, daxili və xarici qüvvələrin təsirinə baxmayaraq, həyata keçirmiş və günümüzə qədər ayaqda durmağı bacarmışdır.

 

Dünya Azərbaycanlıları Konqresi DAK, bu 14 il içərisində çox ağır və çətin günlər yaşadı.  2003-ci ildə bəzi nifaqlara, qarşıdurmalara məruz qalaraq, 2 parçaya bölünmüş və 2007-ci ildə 8-ci Qurultayını keçirdikdən sonra isə diaspora təşkilatı olmasına baxmayaraq, qərargahını tamamilə Azərbaycana köçürmüşdür. Elə o gündən bəri 14 il bundan əvvəl qoyulan ana prinsiplər pozularaq DAK Azərbaycanda  bir iç təşkilat halına gəlmişdir.

 

Keçmişimizdəki problemləri görməzdən gəlmək mümkün deyildir. Yanlız keçmişə saplanıb qalmaq, təşkilatımızın gələcəyi və millətimizin biz xaricdə yaşayan azərbaycanlılardan olan istəyinin yanında əncir çəkirdəyinin doldurmayacaq  qədər kıçık mövzulardır. Belə ki, Ortadoğuda dövlətlər arası münasibətlər hər keçən gün bir az daha sərtləşir və gedişatdan İran deyilən yer kəskinliklə öz payını alacaqdır. İran adlanan yerdə millətimizin ikiyüz ilə yaxındır ki, dilindən, milli kimliyindən uzaqlaşdırmağa çalışıldığı bütün dünyaya məlumdur. Fars şövinist rejimi ortaya çıxacaq olan siyasi böhranda dağılma təhlükəsilə qarşılaşacaq və elə bu vəziyyətdən istifadə edərək millətimizin haqq səsini dünya ictimaiyyətinə bizlər çatdıracağıq. Bunun üçün bir olub birlik olmaq və dirilik olmaq bizlər üçün bügün milli bir borcdur. Bu cur tarixi fürsətləri əldən vermək elə yenə də bizim millətimizi adına bir itkidir. Dağlıq  Qarabağ bizim heç bir zaman unutmayacağımız və hər zaman gündəlikdə tutmamız gərəkən bir mövzudur.

 

Dəyərli bacı və qardaşlar!

 

Son iki ayda DAK-ın hər iki qanadında fəaliyyət göstərən İdarə Heyəti üzvləri ilə bir neçə dəfə internet iclasları, telefonlar və üzbəüzə görüşlərimizdən sonra 21 nəfərlik bir komitə yaradıldı. Bu komitəyə hər bir DAK təşkilatının  idarə heyətindən 7  nəfər və DAK-ın bütün fəaliyyətlərində əməyi keçmiş və bu gün hüquqi zəmini olmayan Avropadan və Amerikadan 7 nəfər bu komitəyə daxil edilmişdir. Bu komitə 9-10-11 dekabr tarixlərində İsveç Kırallığının Stockholm şəhərində ”21 Azər ərəfsində Milli Birliyə doğru”  konfransını təşkil etməkdədir. Bu konfransa DAK-da eməyi keçən hər kəs dünyanın harasında yaşamasından asılı olmayaraq dəvətlidir.

 

Konfransın tarixi əhəmiyyəti millətimizin xaricdə ən böyük diaspor təşkilatı olan DAK-ın birliyinə təməl qoymasıdır. Bu birliyi özümüzə şüar edib aşağıdakı prinsipləri əsas tutaraq yola çıxmışıq.

1. DAK heç bir hakimiyyətə və ya muxailfətə baglı olmayan müstəqil, milli bir təşkilat olmalıdır,

2.  DAK diaspora təşkilatı olaraq xaricdə fəaliyyət göstərməlidir,

3. DAK strukturlarında təmsil olunan və bu təşkilatın üzvü olan heç kimsə heç bir zaman bu təşkilatın adından və nüfuzundan istifadə edərək şəxsi məqsədlə ondan yararlana bilməz. Bu təşkilatın nüfuzunu və mənafeyini qorumaq hər birimizin milli vəzifəsi olmalıdır.

Biz bu amaclar və prinsipləri qəbul edən hər kəsi aramızda görmək isəyirik.

Bu yolda Avropa, Amerika, Kanada və eləcə də dünyanın fərqli yerlərində fəaliyyət göstərən siyasi təşkilatlarımızın nümayəndələrini də aramızda görmək bizlərə ayrı bir sevinc verəcəkdir.

 

Sayqılarımızla

 

Birlik  Komitəsi:

Rza Sələhşur

Əhmad Obalı Dr. Behruz Kuşeşi Behruz Həqqi Huseyn Vüsuqi Fəramerz Qulizadə Dr. Suleymani Prof. Dr. Paşa Qəlbinur Baba Tağıyev Səfter Rəhimli Fridun Dr. Cavad Derəxti Məmməd Azər Cabbar Səttaroğlu Seyavuş Yusifov Teymur Əminbəyli Rəhmət Nəcəfpur Yəhya əliyev Dr. Mir Əşrəf Fətiyev Prof. Dr. Oqtay Hüseynov Dr. Asif Qurban

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar