SON XƏBƏRLƏR

İran jurnalistlərin həbsinə görə birincidir

2021.10.20, 07:36
İran jurnalistlərin həbsinə görə birincidir

Gunaz.tv

GünAz TV: İranın adı yenədə şərin əvvəlində xeyirin isə axırında gəlir. Bu ölkədə hazırda 42 jurnalist zindanlarında saxlanılır.

 

Jurnalistlərin Müdafiəsi Komitəsinin (Committee to protect journalists) açıqlamasıa görə, Hazırda dünyada 179 jurnalist peşə fəaliyyəti ilə əlaqədar zindandadır.

 

Komitə həbsdə olan jurnalistlərin sayına görə İranın birinci yerdə olduğunu bildirib. Məlumata görə, hazırda 42 jurnalist İran zindanlarında həbsdədir.

 

İlk onluqda Eritreya (28), Çin (27), Vyetnam (9), Türkiyə, Suriya (8), İsrail və Fələstin Muxtariyyəti (7) də var. Ötən illə müqayisədə həbsə atılan redaktor (virayeşgər), müxbir və fotojurnalistlərin sayı daha 34 nəfər artıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar