SON XƏBƏRLƏR

Suriyada müxalifət ümumxalq tətilinə hazırlaşır

2021.10.20, 07:36
Suriyada müxalifət ümumxalq tətilinə hazırlaşır

Gunaz.tv

GünAz TV: Suriyalı müxaliflər ölkə əhalisini bazar günü ümumxalq tətilinə çağırıb.

 

Onlar bu aksiyaya (yürüş) Bəşər Əsəd rejiminə “vətəndaş itaətsizliyi” kampaniyasının ilk addımı kimi baxırlar. Yerli müxalifət bəyan edib ki, yeni kampaniya tətillər, mağazaların, məktəblərin və digər ictimai sektor (bəxş, bölüm) müəssisələrinin bağlanması daxildir.

 

Xatırladaq ki, dekabrın (december) 8-də səhər saatlarında üsyanın mərkəzlərindən olan Xoms şəhərindəki neft kəmərində partlayış baş verib. Hakimiyyət və müxalifət fəalları bu hadisəyə görə bir-birilərini ittiham edirlər.

 

Partladılan kəmər Xomsda Suriyanın böyüklüyünə görə üçüncü neft emalı zavoduna (karxanə) neft nəql edir. Bu, martda (March) ölkədə üsyan başlayandan partladılan üçüncü neft kəməridir. Yanğınsöndürənlər alovun qarşısını almaq üçün dörd saatdan artıq vaxt sərf ediblər.

 

Neft kəmərinə hücum Avropa Şurasının Suriya neftinə embarqo (təhrim) qoymasından və ölkənin neft şirkətlərini “qara siyahı”ya salmasından sonraya təsadüf edib. Neft Suriyanın ixrac əməliyyatlarının 95 faizini təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar