SON XƏBƏRLƏR

Xorasan əyalətində zəlzələ olub, evlər dağılıb

2021.10.20, 07:36
Xorasan əyalətində zəlzələ olub, evlər dağılıb

Gunaz.tv

GünAz TV: Ötən axşam İranın Şimali Xorasan əyalətinin (ostan) Esfərayen şəhərində 4,5 bal gücündə zəlzələ baş verib.

 

Tehran Universiteti Geofizika (jeofizika) İnstitutu yanında Seysmoloji (lərzə) Mərkəz zəlzələnin yerli vaxtla saat 20:56-da baş verdiyini bildirib.

 

Zəlzələ nəticəsində Esfərayen şəhərinin ətrafındakı kəndlərdə evlərdən bir neçəsi dağılıb və bəzi evlərə ziyan dəyib. Zəlzələ nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar