SON XƏBƏRLƏR

BMT təmsilçisi Əhməd Şəhid İranda insan hüquqlarının dürümü ilə bağlı siyasi mühacirlərlə görüşür

2021.10.20, 07:36
BMT təmsilçisi Əhməd Şəhid İranda insan hüquqlarının dürümü ilə bağlı siyasi mühacirlərlə görüşür

Gunaz.tv

GünAz TV: “İranda insan haqlarının pozulması bu ölkədə ümumi vəziyyətin acınacaqlı olmasından xəbər verir”.

Bunu İranda insan haqlarının durumu ilə bağlı məruzə hazırlamaq üçün Avropa ölkələrinə səfər edən BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid bildirib.

Fransadan sonra Almaniyaya səfər edən BMT təmsilçisi burada da iranlı siyasi mühacirlər ilə görüşüb: “Görüşlərimdə əsas məqsəd İranda pozulan insan haqları ilə bağlı daha ətraflı məlumat əldə etməkdir. İran ölkədə araşdırma aparmağa icazə vermədiyindən bu ölkədəki insan haqlarının durumu ilə bağlı informasiyaları ancaq Avropanın İran əsilli sakinlərindən əldə edə bilirəm. Çalışıram ki, İranda sonuncu prezident seçkilərindən əvvəl və sonra bu ölkədən çıxmış siyasi mühacirlərlə görüşüm”. İranda həbs olunmuş, işgəncələr görmüş və edam edilmiş insanların ailələri ilə əlaqə saxlamaq istədiyini bildirən Əhməd Şəhid növbəti səfərinin Kanadaya olacağını bildirib: “Bütün görüşlərimdə aldığım məlumatları toplayaraq geniş məruzə hazırlayıb BMT-nin İnsan Haqları Şurasına təqdim edəcəyəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar