SON XƏBƏRLƏR

Norveçin şirkəti İranla əməkdaşlığı dayandırdı

2021.10.20, 07:36
Norveçin şirkəti İranla əməkdaşlığı dayandırdı

Gunaz.tv

GünAz TV: Norveçin “Det Norske Vitritas” (DMV) şirkəti İranla əməkdaşlığı dayandırdığını açıqlayıb. Şirkətin nümayəndəsi artıq bu ölkədəki bütün ofisləri bağladıqlarını bildirib.

 

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, şirkətin nümayəndəsi artıq bu ölkədəki bütün ofisləri bağladıqlarını bildirib. DMV şirkəti bu addımı Böyük Britaniyanın İrandakı səfirliyinə hücum faktı və bu ölkəyə qarşı getdikcə ağırlaşdırılan sanksiyalarla (təhrim) əlaqələndirib.

 

Qeyd edək ki, bu şirkət İran gəmilərinin beynəlxalq sularda üzməsinə lisenziya (mücəvviz) verirdi. Eyni zamanda bu ölkənin neft platformalarının fəaliyyətinə nəzarət edir, daima təhlükəsizliyini təmin etmək üçün yoxlamalar aparırdı. DMV indiyədək İranın 20-yə yaxın gəmisinə beynəlxalq sularda hərəkət etməsi üçün lisenziya verib. Ancaq artıq şirkət həmin lisenziyaları ləğv etdiyini açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar