SON XƏBƏRLƏR

Cəbhə xəttində daha bir əsgərimiz yaralandı

2021.10.20, 07:36
Cəbhə xəttində daha bir əsgərimiz yaralandı

Gunaz.tv

GünAz TV: Ermənilər Azərbaycan Ordusunun daha bir əsgərini yaralayıblar. Hadisə cəbhənin Tərtər istiqamətində qeydə alınıb.

 

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində, Milli Ordunun əsgəri, 18 yaşlı Vahid Mobil oğlu Hüseynli güllə yarası alıb. Əsgər hospitala yerləşdirilib. O, bu ilin iyul (July ) ayında Biləsuvar Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

 

Xatırladaq ki, bu ay ərzində ermənilərin atəşkəsi pozması nəticəsində bu ikinci əsgərdir ki, yaralanıb. Belə ki, dekabrın (December) 3-də cəbhənin Xocavənd rayonu (məntəqə, şəhər) istiqamətində atəşkəsin pozulması nəticəsində Milli Ordunun əsgəri Rəşad Oqtay oğlu Məmmədov çiynindən yaralanmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar