SON XƏBƏRLƏR

Vaşinqton İrana qarşı gizli əməliyyatlar aparmaq barədə qərar qəbul edib

2021.10.20, 07:36
Vaşinqton İrana qarşı gizli əməliyyatlar aparmaq barədə qərar qəbul edib

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) İrana qarşı gizli əməliyyatlar aparmaqla bağlı qərar qəbul edib.

 

Bu barədə “The American Conservative” jurnalı yazıb. Jurnalın yazdığına görə, ABŞ İranın Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Adil əl-Cübeyrə qarşı sui-qəsd planının üstü açıldıqdan sonra belə qərar verib.

 

 “The American Conservative” yazır ki, ABŞ-da Corc Buşun hakimiyyətdə olduğu dövrdə də belə bir qərar qəbul olunub: “Həmin qərarda İran İslam İnqilab Keşikçiləri Korpusunun (Sepah) İranın Bəluçistan, Xuzistan əyalətlərində və Şimali İraqdakı fəaliyyətinin qarşısını almaq üçün İranla silahlı mübarizə aparan bəluçların, ərəblərin və kürdlərin bölgə ilə bağlı ABŞ-ın əldə etdiyi kəşfiyyat məlumatları ilə təmin olunmasına icazə verilib. Lakin Barak Obama ABŞ prezidenti seçildikdən sonra Türkiyə ilə hərbi və kəşfiyyat sahəsində əməkdaşlıq artdığından 2009-cu ildə İran kürdlərinə məlumat dəstəyi dayandırıldı. Son 7 ildə Bəluçistan və Xuzistan əyalətlərində xeyli sayda İran hərbçisinin və vətəndaşının həlak olduğu terror aktları (əməlləri) ABŞ-ın ötürdüyü kəşfiyyat məlumatları sayəsində həyata keçirilib”.

 

“The American Conservative” jurnalına görə, ABŞ-ın İran daxilində gizli əməliyyatlar aparmaqla bağlı qəbul etdiyi sonuncu qərar daha geniş ərazini əhatə edir. Jurnal yazır ki, son qərardan da ABŞ-ın İrana qarşı mübarizədə etnik qruplardan istifadə etmək niyyətində olduğu aydın olur. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar