SON XƏBƏRLƏR

Rusiyada ictimai-siyasi gərginlik davam edir; istefalar başladı

2021.10.20, 07:36
Rusiyada ictimai-siyasi gərginlik davam edir; istefalar başladı

Gunaz.tv

GünAz TV: Rusiyada bazar günü keçən seçkilərin nəticələri gərginliyə səbəb olub.  Hakimiyyət təmsilçilərinin bir-birinin ardınca istefası başlayıb.

 

Dünən Ulyanovsk şəhərinin meri Aleksand Pinkov, onun ardınca isə Astraxan vilayətinin Axtubinsk şəhərinin rəhbəri Amanqa Naruzbayev istefa verdiklərini bəyan edib.  Bu barədə Teleqraf.az RİA Novosti-yə istinadən xəbəbr yayıb.

 

A.Pinkov istefasını “Vahid Rusiya” partiyasının Ulyanovskda az səs toplaması ilə əlaqələndirib. Mer buna görə özünü günahkar bilib.  A.Naruzbayev isə istefasının səbəbləri barədə açıqlama verməyib.

 

Xatırladaq ki, Moskvanın mərkəzində bazar günü keçən seçkilərin nəticələri ilə bağlı nümayiş keçirmək cəhdi vaxtı daha 5 nəfər həbs olunub.

 

Xatırladaq ki, Rusiyada bazar günü keçən seçkilərin nəticələri ilə bağlı nümayişlər başlayıb, yüzlərlə tutulan var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar