SON XƏBƏRLƏR

Səid Muğanlının həbs qərarı qüvvədə saxlanıldı

2021.10.20, 07:36
Səid Muğanlının həbs qərarı qüvvədə saxlanıldı

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycanın apelyasiya məhkəməsi (dadqahe təcdide nəzər) Azərbaycanlı fəal, jurnalist və şair Səid Muğanlı barədə çıxarılan  həbs qərarı qüvvədə saxlayıb.

 

Apelyasiya məhkəməsi müttəhimin erirazını rədd edərək məhkəmənin 6 aylıq həbs qərarını təsdiqləyib.

 

Qeyd edək ki, Səid Muğanlı Təbrizin inqilan məhkəməsində, Azərbaycan Cümhuriyyətində müxbirlik kursunda iştirak etdiyi üçün Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq ittihamından bəraət qazanıb.

 

Həmçinin müxbirlik kursunda iştirak etdiyi səbəbindən qeyri-məşru yolla  mal-dövlət əldə etmək ittihamı dosyesi ümumi məhkəməyə göndərilib.

 

Muğanlının daha bir ittihamıda var. O, şeir yazmaq və onları özəl veblaqında yerləşdirməklə sistemin eleyhinə təbliğdə günahlandırılıb və bu səbəbdən 6 ay azadlıqdan məhrum edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar