SON XƏBƏRLƏR

“Traxtur” müsabiqəsinin 21-ci dəqiqəsində “21 Azər” yad olunacaq

2021.10.20, 07:36
“Traxtur” müsabiqəsinin 21-ci dəqiqəsində “21 Azər” yad olunacaq

Gunaz.tv

GünAz TV: “Traxtur” futbol takımının tərəfdarları daha bir yeniliyə əl atacaqlar. Onlar, “Traxtur”un növbəti müsabiqəsində “21 Azər” hərəkatını yad edəcəklər.

 

“Traxtur” tərəfdarları yaydıqları açıqlamada bildiriblər ki, müsabiqənin 21-ci dəqiqəsində “21 Azər”də qəhrəmancasına şəhid olanları “Yaşasın Azərbaycan” şüarı ilə yad edəcəklər.

 

Bununlada fars şovinizmi anlamış olacaq ki, Azərbaycan xalqı hələdə S.C Pişəvəri və onun silahdaşlarını unudmayıb və mübarizə davam edir.

 

Qeyd edək ki, növbəti müsabiqə sabah “Traxtur”la “Mis” takımları  arasında Təbrizin səhənd stadionunda (stadyom) keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar