SON XƏBƏRLƏR

Azərbaycanın Təbrizdəki konsulluğunu təhdid edənlərə XƏBƏRDARLIQ

2021.10.20, 07:36
Azərbaycanın Təbrizdəki konsulluğunu təhdid edənlərə XƏBƏRDARLIQ

Gunaz.tv

GünAz TV: Azərbaycan Milli Hərəkat fəalları Azərbaycan Cümhuriyyətinin Təbrizdəki konsulluğunu təhdid edənlərə xəbərdarlıq ediblər.

Bu barədə Milli Hərəkat fəalları sərt Bəyanat yayıblar.

 

Bəyanatda qısaca deyilir ki, "Böyük Britanyanın səfirliyinə hücumdan sonra, Azərbaycan Cümhuriyyətinin Təbrizdəki konsulluğuna hücum edəcəkləri ilə bağlı prezident Mahmud Əhmədinejada məktub yazanlar (Ənsari-Hizbullah), başda molla Axund Becani olmaqla bilməlidilər ki, belə bir hərəkətə ciddi cavab veriləcək.

 

Biz bu terorrist təşkilatın sərkərdəsindən istəyirik ki, ayağını bundan çox  yorğanından uzatmasın. Azərbaycanın konsulluğunu işğal etmək 35 milyonluq Güney və 10 milyonluq Quzey Azərbaycana təhqirdir. Bu, cəsarət tələb edir. hansıki o cəsarət sizdə yoxdur.

 

Bütün bunların yerinə faşist fars rejimindən tələb ki, 20 faiz azərbaycanlı müsəlmanların torpaqlarını işğal edən Ermənistana dəstəyini kəssin."

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar