SON XƏBƏRLƏR

Tutuqlu milli-mədəni fəallar “Aşura” mərasimindən uzaqlaşdırılıb

2021.10.20, 07:36
Tutuqlu milli-mədəni fəallar “Aşura” mərasimindən uzaqlaşdırılıb

Gunaz.tv

GünAz TV: Təbrizin mərkəzi zindanında məhbus həyatı yaşayan azərebaycanlı milli-mədəni fəallar, zindanda keçirilən “Aşura” mərasiminə qatıla bilməyiblər.

 

Dünən zindanın namazxanasında keçirilən mərasimə qatılmaq üçün  Səid Nəimi, Mehdi Həmidi Şəfiq, Tağı Sələhşur, Rəsul Bədəli, İlqar Kərimi, Yasir Rzayi və ... kimi milli-mədəni fəallara icazə verilməyib.

 

Bu hadisəyə başqa məhbuslar etiraz edincə, zindan məsulları milli-mədəni fəalları həmən öz bölmələrinə (bənd) aparıblar.

 

Keçmişdəki təcrübələrə əsasən belə nəzərə gəlir ki, rejim milli-mədəni fəalların başqa soydaşlarımızla ümumi yerlərdə əlaqə qurmasından çəkinir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar