SON XƏBƏRLƏR

Etibar Məmmədov: “İranın fəaliyyəti həmişəki kimi, bütün qonşularına təhlükə yaradır”

2021.10.20, 07:36
Etibar Məmmədov: “İranın fəaliyyəti həmişəki kimi, bütün qonşularına təhlükə yaradır”

Gunaz.tv

GünAz TV: İranlı axund Məhəmməd Cavad Lənkəraninin yazıçı Rafiq Tağının bıçaqlanmasına və onun ölməsinə sevindiyini bildirməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

 

Rafiq Tağı son yazılarında İranın siyasətini tənqid etmişdi. Bu səbəbdən də onun qətlə yetirilməsində İran izlərinin olması haqda versiya da var.

 

İranın siyasətini tənqid edənlər sırasında Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov da var.

O, Güney Azərbaycanda insan haqlarının pozulması ilə bağlı dəfələrlə İran hakimiyyətini tənqid edib, bəyanatlar verib. Hazırda yaranmış vəziyyətdə Etibar Məmmədovun həyatına hər hansı bir təhlükə hiss edib-etməməsini və hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətində olub-olmadığını öyrənmək üçün ona müraciət olunub.

 

Etibar Məmmədov “Yeni Müsavat”a açıqlamasında təhlükə hiss etmədiyi üçün heç bir hüquq-mühafizə orqanına müraciət etmədiyini deyib: “Mənə qarşı heç bir təhdid olmayıb. Buna görə də heç yerə müraciət etməmişəm. Təhlükə ehtimalı həmişə ola bilər. Amma buna fikir vermirəm”. Rafiq Tağının İranla bağlı məqalələr yazdığına görə həmin ölkə tərəfindən öldürülməsi haqda deyilən versiyalara gəlincə, Etibar Məmmədov bildirdi ki, İranın fəaliyyəti həmişəki kimi, bütün qonşularına təhlükə yaradır: “İran həm dini, həm siyasi, həm də başqa sahədə Azərbaycanın işinə qarışır. Ona görə də yaxşı qonşuluq eləmirlər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar