SON XƏBƏRLƏR

Amerika İranda internet-səfirlik açdı

2021.10.20, 07:36
Amerika İranda internet-səfirlik açdı

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) internetdə İranda virtual (məcazi) səfirlik açıb. Hazırda ABŞ və İran arasında diplomatik münasibətlər yoxdur və İranda Birləşmiş Ştatların maraqlarını İsveçrə təmsil edir.

 

“Mən ABŞ-ın Tehranda virtual səfirliyinin açıldığı elan etməyimə şadam. Bu, Amerika və İran xalqlarını yaxınlaşdırmaq üçün yeni imkandır. Diplomatik münasibətlərin olmaması üzündən biz vətəndaşlarımız arasında dialoq çatışmazlığını hiss edirdik. Ümid edirik ki, yeni texnologiyalar (teknoloji) sayəsində bu sayt və onunla əlaqəli sosial şəbəkələr aramızda qarşılıqlı anlaşmanı yaxşılaşdırmağa imkan verən körpü rolunu oynayacaqlar”, - ABŞ Dövlət Departamentinin (carici işlər nazirliyi) rəsmi nümayəndəsi Viktoriya Nulandın yazılı açıqlamasında deyilir.

 

Onun sözlərinə görə, saytın açıqlması ABŞ-ın İran rejiminin “elektron pərdəni bağlamaq, onlayn-filtrasiya tətbiq etmək və peyk yayımını məhdudlaşdırmaq cəhdlərinin” aradan qaldırılmasına istiqamətlənmiş ilk addımıdır. “Biz İran xalqı ilə birbaşa ünsiyyəti genişləndirməyə ümid edirik”, - Viktoriya Nuland bildirib. ABŞ-ın virtual səfirliyi iran.usembassy.gov (ingilis dilində) və persian.iran.usembassy.gov (fars dilində) ünvanlarıda fəaliyyət göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar