SON XƏBƏRLƏR

Avropa İttifaqı ölkələri arasında İranla bağlı uzlaşma yaranıb

2021.10.20, 07:36
Avropa İttifaqı ölkələri arasında İranla bağlı uzlaşma yaranıb

Gunaz.tv

GünAz TV: Avropa İttifaqı (Aİ) ölkələri İrana qarşı neft embarqosunun (təhrim) tətbiqi ilə bağlı uzlaşmaya (razılıq) nail olublar.

Gün.Az-ın RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Neft Konqresində jurnalistlər qarşısında çıxış edən Aİ-nin energetika (enerji) məsələləri üzrə komissarı Günter Ottinger məlumat verib. 

G.Ottingerin rəyinə görə, İran neftinə embarqonun tətbiqi yalnız Aİ ölkələrini deyil, həm də ABŞ (Amerika Birləşmiş Ştatları) və Rusiya kimi iri neft idxalatçılarını birləşdirməlidir. Qeyd edək ki, ABŞ-ın İranın neft-qaz sektoruna (bəxş, bölüm) embarqoları hələ 1979-cu ildən – İranda İslam inqilabının baş verdiyi vaxtdan qüvvədədir. 

Bununla yanaşı, bir çox mütəxəssislər İran nefti üzrə qəti razılaşmaya çətin nail olunacağını qeyd edirlər. Belə ki, bir çox Avropa ölkələri İran neftinin idxalından çox asılıdır və Liviyadan (Libi) neft idxalının azalması, eləcə də Suriyaya iqtisadi sanksiyaların tətbiq edilməsinə görə bu asılılıq xüsusilə güclənir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar