SON XƏBƏRLƏR

Böyük Britaniya İrandan maddi təzminat tələb edir

2021.10.20, 07:36
Böyük Britaniya İrandan maddi təzminat tələb edir

Gunaz.tv

GünAz TV: Böyük Britaniya Vyana Konvensiyasının (konvansiyon) müddəalarını əsas tutaraq Tehrandakı səfirliyinə hücum zamanı dəyən zərərlə əlaqədar İrandan maddi təzminat istəyir.

 

Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

 

Təzminatın məbləği hələlik tam dəqiqləşməyib. Ancaq bu məbləğin 1 milyon funt-sterlinqdən (pund-sterlinq) çox olacağı bildirilir. Ekspertlər (karşünaslar)  araşdırma apararaq dəymiş zərəri dəqiqləşdirir.

 

Səfirlikdə qiymətli əşyalar, rəsm əsərləri, elektron cihazlar və bir neçə avtomobil hücum zamanı xəsarət alıb və ya oğurlanıb. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar