SON XƏBƏRLƏR

“Traxtur” takımının tərəfdarı Nasir Müqtədirzadə azadlığa buraxılıb

2021.10.20, 07:36
“Traxtur” takımının tərəfdarı Nasir Müqtədirzadə azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Təbrizin futbol takımı “Traxtur”un Məlikkəndlı (Məlikanlı) tərəfdarı Nasir Müqtədirzadə azadlığa buraxılıb.

 

“Traxtur-Perspolis” müsabiqəsi zamanı Təbrizin səhənd stadionunda (stadyom) tutuqlanan soydaşımız 10 gün qeyri-müəyyən vəziyyətdə saxlanıldıqdan sonra azad edilib. O, dünən yerli vaxtla saat 18 radələrində Təbrizin mərkəzi zindanından sərbəst buraxılıb.

 

“Traxtur” tərəfdarının ailəsi, Müqtədirzadənin saxlanıldığı müddətdə təhlükəsizlik orqanlarına müraciət edib və onun haqqında məlumat almaq istəyiblər. Lakin səlahiyyətli şəxslər hərhansı bir cavab verməkdən imtina ediblər.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar