SON XƏBƏRLƏR

Erməni nüvə mütəxəssisləri İranda fəaliyyət göstərirlər

2021.10.20, 07:36
Erməni nüvə mütəxəssisləri İranda fəaliyyət göstərirlər

Gunaz.tv

GünAz TV: Son illər ərzində onlarla Ermənistanın Atom Elektrik Stansiyasının (niruqah) mütəxəssisi İrana gedib və daha böyük maaşla Buşəhr Atom Elektrik Stansiyasında (AES)  işləyirlər.

Metsamor AES-nin baş mühəndisi Movses Vardanyan son illər ərzində təxminən 20 erməni mütəxəssislərin yüksək maaşla Buşəhr AES-də işləməyə getdiklərini bildirir: “Pis kadrlar getmir, yaxşıları gedir”.

“Orada da şəraitlər ağırdır, hava çox istidir, lakin maaşlar böyükdür. Hazırda Buşəhr atom stansiyasında işləyən rəfiqəm deyir ki, bizim keçmiş əməkdaşlarımıza ayda 2500 dollara qədər maaş verirlər”, - bbcazeri.com müxbiri ilə söhbətində deyib Ermənistan AES-nin əməkdaşı.

Bu “yaxşı kadrların” ixtisaslaşmasını, onların, bədxah niyyətlərlə istifadə oluna bilən, hər hansı məxfi məlumata yaxud nüvə texnologiyalarına (teknoloji) bələd olmasını öyrənmək mümkün olmadı. Çoxsaylı telefon zəngləri Metsamor AES-i rəhbərliyinin qəbul otağındakı qızdan o yana keçmirdi, lakin nəhayət o, Energetika Nazirliyinin icazəsi olmadan AES rəhbərliyinin məlumat verə bilmədiyini söylədi.

Xeyli zənglərdən sonra, nazirliyin mətbuat katibi Lusine Harutyunyan öyrənib cavab verdi ki, Energetika (enerji) və Təbii Ehtiyatlar Nazirliyi atom stansiyasının sabiq əməkdaşlarının statistikasını (amar) aparmır və onların sonrakı taleyi haqqında məlumata bələd deyil. O ki qaldı son illər ərzində işdən azad olmuş əməkdaşların ixtisaslaşmasına, onun sözlərinə görə, onlar adi mühəndis-texniki işçilərdir və onların vəzifəsi AES-in müntəzəm işini təmin etmək olub.

“Yox əşşi, nə sirr? Onlar adi mühəndislər, operatorlar və təmirçilərdir. Orada da burda gördükləri işlə məşğuldurlar və iranlı həmkarlarına kadrlar hazırlamağa kömək edirlər. Onların bu tipli atom stansiyasında böyük iş təcrübəsi var”, - deyir keçmiş həmkarları ilə ildə bir dəfə onların məzuniyyəti zamanı Yerevanda görüşən Ermənistan AES-nin əməkdaşı. BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar