SON XƏBƏRLƏR

İrandan uran zənginləşdirilməsi ilə bağlı yeni Açıqlama

2021.10.20, 07:36
İrandan uran zənginləşdirilməsi ilə bağlı yeni Açıqlama

Gunaz.tv

GünAz TV: 20% zənginləşdirilmiş uran 2 ay ərzində Tehran Tədqiqat Reaktoruna köçürüləcək.

İran 20 faiz zənginləşdirilmiş nüvə yanacağı istehsalını uğurla həyata keçirdiyini bəyan edib.

İranın "Fars" xəbər agentliyinin məlumatına görə, 2010-cu ilin fevralında Tehran Tədqiqat Reaktorunda istifadə edilmək məqsədilə nüvə yanacağı istehsalı üçün sentrifuq əməliyyatlarına start verən İran, 20 faiz zənginləşdirilmiş uran istehsalı müddətini tamamlayıb. Zənginləşdirilmiş uran 2 ay ərzində Tehrandakı nüvə araşdırma reaktoruna köçürüləcək.

İran zənginləşdirilmiş uranın nüvə silahı istehsalı məqsədi daşımadığını, Tehran reaktorunda tibbi məqsədlərə xidmət edən radio-izotopların istehsal ediləcəyini iddia edir. İran Məclisinin sədr müavini Məhəmməd Rza Bahonarın bildirdiyinə görə, istehsal edilən uranın miqdarı 120 kiloqramdır.

İran ötən il Beynəlxalq Atom Enerjisi Agetliyinə əlindəki 3,5 faiz zənginləşdirilmiş uranı təhvil vermək qarşılığında uran istehsal edən Qərb ölkələrindən 20 faiz zənginləşdirilmiş uran almağı təklif etmişdi. Lakin İranla nüvə danışıqları aparan 5+1 formatı ölkələri bu təklifi rədd etdikdən sonra İran 20 faiz zənginləşdirilmiş uran istehsalını davam edəcəyini bəyan etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar