SON XƏBƏRLƏR

Qoşaçayda məktəb binalarının 40 faizi bərbad vəziyyətdədir

2021.10.20, 07:36
Qoşaçayda məktəb binalarının 40 faizi bərbad vəziyyətdədir

Gunaz.tv

GünAz TV: Qoşaçay Təhsil Şöbəsinin müdiri Calal Purmirza təmsil etdiyi şəhərdə məktəblərin 40 faizinin bərbad və yararsız vəziyyətdə olduğunu bildirib.

 

Təhsil ocaqlarında yaşanan problemlər haqda xəbərdarlıq edən C.Purmirza problemi həll etmək üçün xeyriyyəçi insanlardan yardım tələb edib.

 

“Xeyriyyəçi insanlar hər zaman başqalarına yardımçı olur. Məktəb tikən xeyriyyəçilər ən pis şəraitdə Təhsil Şöbəsinin yanında olub və məktəblərin təmir-bərpa işlərində xüsusi rol oynayıblar.

 

2017-ci il oktyabrın 14-dən 22 dərs otağı olan 5 məktəb xeyriyyəçilər tərəfindən tikilib, hazırda isə 10 məktəb binası tikilməkdədir”- deyə o bildirib.

 

Təhsil Şöbəsinə şagirdlərin valdeynləri tərəfindən edilən yardıma işarə edən C.Purmirza problemlə bağlı əlavə edib ki, “bütün yardımlara rəğmən hazırda Qoşaçay məktəblərinin 35-40 faizi yararsız və bərbad vəziyyətdədir, məktəblərin 60-70 faizində isə yenidənqurma işlərinə ehtiyac var. O bu problemlərin həllində xeyriyyəçi insanlara böyük ümid bəslədiklərini qeyd edib.”

 

Qeyd edək ki, Güney Azərbaycanın bütün vilayətlərində təhsil ocaqları binalarının köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb və yerli məsullar tərəfindən xəbərdarlıq edilib, buna baxmayaraq dövlət bu istiqamətdə hər hansı tədbir görməyib. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar