SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda ötən ildə narkotik maddələrindən ölənlərin sayı açıqlanıb

2021.10.20, 07:36
Şərqi Azərbaycanda ötən ildə narkotik maddələrindən ölənlərin sayı açıqlanıb

Gunaz.tv

GünAz TV: İran və Güney Azərbaycanda narkotik maddələrə aludəçilərin sayı artdıqca, bu bəladan ölənlərin sayı da yüksələn xətt üzrə inkişaf edir. Lakin bu dəfə Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin rəisi bir qədər fərqli açıqlama ilə çıxış edib.

 

“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, Bəhram Səmədirad ötən il (hicri-şəmsi təqvimi ilə 1396-cı il nəzərdə tutulur) Şərqi Azərbaycan Əyalətində narkotik maddələrinin qəbulu nəticəsində 4-ü qadın olmaqla 88 nəfərin öldüyünü bildirib. O bu bəladan ölənlərin sayında bir il əvvəlin müvafiq dövrü ilə müqayisədə -hansı ki 145 nəfər idi- 39 faiz azalma müşahidə olunduğunu deyib.

 

Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin rəisi hicri-şəmsi təqvimi ilə 1395-ci ildə (İranda yeni il martın 21-dən başlayır) narkotik maddələrindən ölənlərin arasında 8 nəfər qadının olduğunu da diqqətə çatdırıb.

 

Bu arada Ərdəbil valisi Əkbər Behnamcu əyalətdə ictimai problemlərlə bağlı hökumət rəsmilərini günahlandırıb.

 

 

“Əyalətdə mövcud olan ictimai problemləri birbaşa insanların üzərinə qoymaq düzgün deyil. Bu məsələdə əsas məsuliyyət hökumət rəsmilərinin üzərinə düşür”- deyə o bildirib.

 

Vali cəmiyyətdə yaşanan problemlərin həlli üçün çıxış yolu göstərməyə də çalışıb. O bildirib ki, “Ərdəbil Əyalətində gəncləri işlə təmin etməklə bir çox problemi, o cümlədən narkomaniya, boşanma və intihar halarını azaltmaq mümkündür. Ona görə də yerli məsullar gənclərin  problemlərinə ciddi yanaşmalı və bölgədə yatırımçılara lazımi dəstəyi verməlidilər.”

 

İranda ictimai və fərdi azadlıqların məhdud olması, həmçinin işsizlik və yoxsulluq kimi amillər sosial problemlərin geniş yayılmasına səbəb olub. Ekspertlərin bütün xəbərdarlıqlarına rəğmən rejim bəzi qaçaqmalçıları cəzalandırmaqdan başqa narkomaniya, boşanma və intihar halları kimi ictimai problemlərə qarşı heç bir tədbir almır! Ölkədə narkotik maddələri yayan böyük mafiyalar isə getdikcə güclənir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar