SON XƏBƏRLƏR

Rusiyanı etiraz aksiyaları bürüyür

2021.10.20, 07:36
Rusiyanı etiraz aksiyaları bürüyür

Gunaz.tv

GünAz TV: Rusiyanın paytaxtı Moskvada parlament seçkisi ilə bağlı etirazlar davam edir.

 

Ötən gün axşam minlərlə etirazçı Moskva küçələrinə axışıb. Etirazçılar Rusiyanın baş naziri Vladimir Putinin Vahid Rusiya Partiyasını seçkini saxtalaşdırmaqda və səsləri oğurlamaqda günahlandırıblar.

 

GünAz TV mətbuat mərkəzinin Anspress-ə istinadən yaydığı məlumata görə, Onlar "Putinsiz Rusiya" şüarları səsləndirərək baş nazirin vəzifədən getməsini tələb ediblər. Yüzlərlə etirazçı Kremlin yaxınlığında yerləşən Mərkəzi Seçki Komissiyasına (komsiyon) tərəf yürüş etməyə çalışsa da, polis yürüşün qarşısını alıb. Etirazlarda iştirak edən 300-ə yaxın fəal həbs edilib.

 

Bununla yanaşı, 400-ə yaxın Kommunist Partiyasının tərəfdarı da öz qəzəblərini bildirmək üçün etirazlar keçirib. Onlar bu dəfəki seçkini müasir Rusiya tarixində ən çirkli seçki adlandırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar